IQNA

Ayətullah Üzma Həkim vurğuladı:

İmam Hüseyn (ə) əzadarlığını diriltmək Əhli-Beyt (ə) maarifindən qidalanmaq üçün bir fürsətdir

7:43 - October 17, 2017
Xəbər sayı: 3482269
Ayətullah Üzma Seyid Məhəmməd Səid Həkim ƏRBƏİN ilə bağlı çıxışında AŞURA simvollarını qoruyub saxlamğın zəruri olduğunu vurğuladı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şiələrin İraqın Nəcəf şəhərindəki böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Məhəmməd Səid Həkim ƏRBƏİN ilə bağlı çıxışında AŞURA simvollarının və İmam Hüseynə (ə) aid məclislərin əhəmiyyətindən danışıaraq bu simvolların möminlər tərəfindən dini məclislərin və münasibətlərin təşkil edilməsi və keçirilməsi yolu ilə qorunub saxlanılmağının zəruri olduğunu vurğuladı.

O əlavə etdi: AŞURA məclislərini təşkil etmək və İmam Hüseyn (ə) əzadarlığını diriltmək Əhli-Beyt (ə) məktəbi və maarifindən qidalanmaq üçün ən yaxşı fürsətdir.

Əhli-Beyt (ə) aşiqlərinin İmam Hüseynin (ə) ƏRBƏİN piyada yürüşü mərasimini keçirməsi ərəfəsində əzadarlara və zəvvarla xidmət heyətləri ilə görüşən şiələrin İraqın Nəcəf şəhərindəki böyük təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Məhəmməd Səid Həkim vurğuladı: ƏRBƏİN ziyarəti bir fürsətdir ki, gərək bu fürsətdə Əhli-Beyt (ə) məktəbinin müsəlmanlar arasında həmkarlığa dəvət, gözəl əxlaqa sahib olmaq, gözəl həyat tərzi yaşamaq, sədaqət, doğruluq, səbr və dözümlülük kimi ali dəyərlərini insanlara çatdıraq.

Həzrət Ayətullah Üzma Seyid Məhəmməd Səid Həkim əlavə etdi: Əgər şiələr Əhli-Beytin (ə) sevdiyi bu sifətlərə malik olsalar, onda bütün dünya əhli Əhli-Beyti (ə) sevəcəklər. Şiələr Əhli-Beyt (ə) məktəbinin əsas prinsiplərini dünyaya çatdırmaq üçün AŞURA və ƏRBƏİN mərasimlərindən gözəl istifadə etməli və İmam Hüseyn (ə) məktəbinin iffət, İlahi vaciblərə əməl etmək, fədakarlıq, düşmənçilik etməmək, hamı ilə dostcasına davranmağı bacarmaq və digər Aşura dəyərlərini bu toplantıda canlandırmalıdırlar.

http://www.iqna.ir/fa/news/3653251


captcha