İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Braziliyanın iki incəsənət adamı və müğənnisinin Quran-Kərimi təhqir edən video klip hazırlayıb paylaşmaları müsəlmanların kəskin reaksiyası və etirazına səbəb oldu.
Braziliyalı müğənnilər son günlərdə istehsal etdikləri musiqili video kilipdə Quran-Kərimin ayələrində istifadə ediblər.
İffətə və əxlaqa zidd görüntülər və rəqs ilə dolu olan bu video kilpdə Quran-Kərim ayələrindən istifadə edilməsi İslam və Ərəb ölkələri müsəlmanlarının kəskin etirazına səbəb olmuşdur.
Müsəlmanların etirazından sonra isə "you tube" sosial şəbəkəsi bu videonu silmişdir. Amma digər sosial şəbəkələr "müsəlmanları təhrik edən musiqi" başlığı ilə həmin videonu yayırlar.
"You Tube" sosial şəbəkəsinin məlum videonu silməsinə baxmayaraq, bu video klipi hazırlayan müğənnilər hələ də İslam və müsəlmanları təhqir edən işlərinə görə üzr istəmək fikrində deyildirlər.
Qeyd edək ki, İtaliya, Yunan, İrlandiya, Finlandiya, Almaniya və s... Avropa ölkələrinə dini müqəddəsləri təhqir etmək cinayət sayılır və qanuni cəzası vardır.
http://www.iqna.ir/fa/news/3653216