IQNA

Ayətullah Üzma Xamenei Myanma müsəlmanlarına büdcə ayırdı

8:32 - October 18, 2017
1
Xəbər sayı: 3482277
İran İslam İnqilabının rəhbəri və müsəlmanların ali dini lideri Həzrət Ayətullah Üzma Seyid Əli Hüseyni Xamenei Myanma müsəlmanlarına 10 milyard riyal kömək büdcəsi ayırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının böyük rəhbəri və dünya müsəlmanlarının ali dini lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları Myanmanın məzlum və qaçqın müsəlmanlarına 10 milyard riyal kömək büdcəsi ayırıb.

İran İslam İnqilabının böyük rəhbəri və dünya müsəlmanlarının ali dini lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanasının yaydığı məlumatda deyilir ki, İran İslam Respublikasının Qızıl Aypara cəmiyyətinin Ali Dini Liderə myanmalı qaçqınların vəziyyətinin ağır olduğu və qaçqın düşərgələrində müxtəlif problemlərini yaşadıqları barədə yazdığı məktubun ardınca Həzrət Ayətullah Xamenei cənabları ruhingiyalı məzlum və qaçqın müsəlmanlara kömək üçün 10 milyard riyal (250 min dollar) büdcə ayırıb.

http://www.iqna.ir/fa/news/3654046


Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Edalet eliyev
0
0
Mene komeklik lazimdi namaz qilanam aleliyem 2 qizim var gencede yasayiram atam sehid olub anam dunyasini deyisib etiyacim ancaq prava alib islemekdi
captcha