IQNA

İraq parlament seçkilərinin son nəticələri

10:49 - May 13, 2018
Xəbər sayı: 3483158
İraqda parlament seçkiləri uğrunda gedən rəqabətlərdə Heydər İbadinin rəhbərlik etdiyi "Etilafun-Nəsr" (Qələbə Koalisiyası) partiyası öz rəqiblərini önləyə bilmişdir.

İraq parlament seçkilərinin son nəticələriİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqda parlament seçkiləri uğrunda gedən rəqabətlərdə Heydər İbadinin rəhbərlik etdiyi "Etilafun-Nəsr" (Qələbə Koalisiyası) partiyası öz rəqiblərini önləyə bilmişdir.

Siyasi müşahidəçilərin fikrincə Heydər İbadinin hakimiyyəti dövründə İŞİD kimi terroristlərin məlğub edilməsi hakim partiyanın digər rəqiblərindən önə çıxmasında və səslərin çoxunu qazanmasında əsas faktordur.

Bu xəbərə görə, sonrakı yerləri Müqtəda Sədrin rəhbərlik etdiyi partiya və "Sairun koalisiyası" bölüşürlər.

İraq Kürd partiyaları arasında isə geniş miqyasda parçalanma və səslərin partiyaların zərərinə səpələnməsi halları baş verməkdədir. Belə ki, əgər bu cür davam edərsə, Kürdlər parlamentədki 62 yerdən ən azı onunu itirəcəklər.

Bundan əlavə Kərkük əyalətində təhlükəsizlik problemlərinin baş verdiyi müşahidə olunduğu üçün əl-İbadi göstəriş verib ki, qutulardakı səslər yenidən sayılsın. Buna görə də səs qutuları yenidən sayılmaq üçün Kərkükdən paytaxta göndərilib.

Qeyd edək ki, İraq parlamentinin dördüncü seçkiləri dünən, həftənin şənbə günü, 12 May 2018-ci il, son çatdı. Parlamentədəki 329 yer üçün 18 əyalətdən 7 min nəfər nümayəndə iştirak edib.

http://iqna.ir/fa/news/3713832

Teqlər: iqna ، İraq ، İbadi ، parlament ، seçki ، kərkük
captcha