IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Malaziya beynəlxalq Quran yarışlarına ezam edilmiş xüsusi müxbirinin verdiyi xəbərə görə, dünən, həftənin şənbə günü, 12 May 2018-ci il, axşam saatlarında Malaziyada Qurani-Kərimin hifzi və qiraəti üzrə keçirilən 60-cı beynəlxalq Qurani-Kərim yarışlarının yekun mərasimi keçirilib.
İslam dünyasının ən qədim Quran yarışları kimi tanınan bu yarışlarda Malaziyanın padşahı V Sultan Məhəmməd də iştirak edib.
Qurani-Kərim hifzi və qiarəti üzrə yarışlardan qalib çıxmış kişi və xanımlar mükafatlandılıb. Kualalampurun Putra dünya ticarət mərkəzinin binasında keçirilən yarışlarda iştirak edən İran İslam Respublikasının nümayəndəsi Muxtar Dehqan Qurani-Kərimin peşəkar qiraəti üzrə ikinci yeri qazanıb.
Xatırladırıq ki, Malaziyanın Quranln hifzi və qiraəti üzrə 60-cı beynəlxalq yarışları bu ölkənin paytaxtı Kualalampurda May ayının 7-də başlayıb və dünən, həftənin şənbə günü, 12 May 2018-ci il, günün ikinci yarısında öz işini yekunlaşdırdı.
http://iqna.ir/fa/news/3713779