IQNA

Hindistanın baş naziri Ramazan ayı ismarıcı verdi

16:08 - May 13, 2018
Xəbər sayı: 3483162
Hindistanın baş naziri Narendra Mudi mübarək Ramazan ayının yaxınlaşması münasibəti ilə ölkəsində yaşayan müsəlmanları təbrik edib.

Hindistanın baş naziri Ramazan ayı ismarıcı verdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Bombeydəki Mədəniyyət Mərkəzində istinadla verdiyi xəbərə görə, Hindistanın baş naziri Narendra Mudi mübarək Ramazan ayının yaxınlaşması münasibəti ilə ölkəsində yaşayan müsəlmanları təbrik edib.

O, təbrik ismarıcında əziz İslam peyğəmbəri həzrət Məhəmməddən (s) hədislərə istinad edərək müsəlmanların həyat tərzinin və xüsusi ilə də oruc tutmaq və Ramazan ayının gözəlliyindən danışıb.

Hindistanın "hinduizm" dininin ardıcılı olan baş nazir sözlərində İslam Peyğəmbərinin (s) ictimai göstərişlərinə işarə edib. O deyib ki, İslam peyğəmbərinin (s) ülvi təlimlərinə əsasən, bütün insanlar bərabərlik və qardaşlıq yolunda hərəkət etməlidirlər. Dinindən asılı olmayaraq hər kəs bu göstərişə əməl etməlidir.

Hindistanın baş naziri Narendra Mudi əlavə edib: İslam peyğəmbəri (s) zəiflərə və yoxsullara kömək etməyi və qayğı göstərməyi xüsusi sifariş edib. İslam peyğəmbəri (s) mehribanlıq və şəfqəti həmişə öz işinin sərlövhəsi etmişdir.

http://iqna.ir/fa/news/3713896

Teqlər: iqna ، hindistan ، İslam ، ramazan
captcha