IQNA

Dubay beynəlxalq Quran yarışlarında 104 ölkə iştirak edir

16:26 - May 13, 2018
Xəbər sayı: 3483163
BƏƏ-nin 22-ci beynəlxalq Qurani-Kərim yarışları cari ilin mübarək Ramazan ayında dünyanın 104 ölkəsinin Quran qariləri və hafizlərinin iştirakı ilə keçiriləcəkdir.

Dubay beynəlxalq Quran yarışlarında 104 ölkə iştirak edirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin 22-ci beynəlxalq Qurani-Kərim yarışları cari ilin mübarək Ramazan ayında dünyanın 104 ölkəsinin Quran qariləri və hafizlərinin iştirakı ilə keçiriləcəkdir.

Dubay beynəlxalq Quran yarışlarının keçirilməsi komitəsinin rəisi İbrahim Bu Məlhə bu barədə deyib: Bu ilin Quran yarışlarında iştirak edənlərin sayı indiyədək Dubayda keçirilmiş yarışların hamısından çox olacaqdır. Bu isə "Dubay Mükafatı Quran Yarışları"nın əhəmiyyətini və rəqabətlərin sağlamlığının göstəricisidir.

İbrahim Bu Məlhə əlavə edib: Yarışların keçirilməsi komitəsi rəqabətləri idarə etmək üçün dünyanın ən yaxşı və təcrübəli hakimlər heyətini seçmişdir.

Dubay beynəlxalq Quran yarışlarının keçirilməsi komitəsinin rəisi deyib: BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) Quran qiraəti və hifzi üzrə üç mütəxəssisi yarışlarda iştirak etmək istəyənlərdən ilkin sınaq imtahanları almaqla məşğuldurlar. Bu mərhələdə iştirakçının əsas yarışlarda iştirak etmək gücünə malik olub-olmaması yoxlanılır.

Səid Harib (Dubay beynəlxalq Quran yarışlarının keçirilməsi komitəsinin rəisinin müavini) deyib: Bundan öncə keçirilən 21 Quran yarışında ümumilikdə 1770 nəfər "Dubay Mükafatı Quran Yarışları"nda işritak ediblər. Bu isə iştirakçıların sayı gözəçarpacaq dərəcədə artmışdır.

Dünyanın 104 ölkəsinin Quran qariləri və hafizlərinin iştirakı ilə keçirilən BƏƏ-nin 22-ci beynəlxalq Qurani-Kərim yarışlarının ilkin mərhələsi cari ilin mübarək Ramazan ayının ilk günü və əsas mərhələsi isə Ramazan ayının yeddisində başlayacaq və iyirmisinədək davam edəcəkdir.

Bu yarışlarda İran İslam Respublikasını yeniyetmə hafiz Məhəmmədrza Zahidi təmsil edəcəkdir.  

http://iqna.ir/fa/news/3713823   

حضور نمایندگان بیش از 100 کشور در مسابقات بین‌اللملی قرآن دبی

حضور نمایندگان بیش از 100 کشور در مسابقات بین‌اللملی قرآن دبی

حضور نمایندگان بیش از 100 کشور در مسابقات بین‌المللی قرآن دبی/ آماده

 

Teqlər: iqna ، dubay ، bƏƏ ، quran ، hafiz ، qari
captcha