İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az" informasiya portalına istinadla verdiyi məlumata görə, əsasən Ramazan ayında süfrələrdən əskik olmayan xurma, əslində bütün vaxtlarda yeyilməsi məsləhət görülən önəmli qidalardandır.
Bunun səbəbi isə xurmanın tərkibində potasium, dəmir, kalsium olmaqla bir çox vitanminin yer almasıdır. Məlumat üçün bildirək ki, hər qidada olduğu kimi, xurmada da miqdara diqqət yetirmək lazımdır.
Gündə 3 ədəd orta ölçülü xurma, ümumilikdə qram yeyilməsi məsləhət görülür. Bunun ümumi dəyəri 60 kalori edir ki, bu da 1 porsiya meyvəyə bərabərdir.