IQNA

Çinlilər müsəlmanları donuz əti yeməyə məcbur edirlər

23:06 - May 19, 2018
Xəbər sayı: 3483193
Çinin həbsxanalarından azad olmuş məhbuslar vurğulayırlar ki, Çin həbsxanalarının məsulları bu vasitəi ilə müsəlmanlara ruhi və psixi əzab və işkəncələr verirdilər.

Çinlilər müsəlmanları donuz əti yeməyə məcbur edirlərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çindən həbsxanalardan azad olmuş məhbusların dediyinə görə, bu ölkənin həbsxanalarında müsəlmanları donuz əti yeməyə, alkoqollu və məstedici içkilər içməyə məcbur edirlər.

Bu məhbuslar vurğulayırlar ki, Çin həbsxanalarının məsulları bu vasitəi ilə müsəlmanlara ruhi və psixi əzab və işkəncələr verirdilər.

Həmçinin həbsdən azad olmuş bu şəxslərin dediklərinə əsasən, həbsxanada alkoqollu içkilərdən və donuz ətidən imtina edən müsəlman məhbusları hər gün 5 saat divarın üzərində dayanmağa məcbur edirdilər və bu işkəncə bir həftə davam edirdi. Bir həftədə sonra isə onları təknəfərlik kameralara salır və 24 saat yemək vermirdilər.  

Qeyd edək ki, Çində əksəriyyəti uyğur türkləri olan bir milyona yaxın müsəlman bu ölkənin qərbində Sinkyang əyalətinin hərbi düşərgələrində məhbusdurlar. Onları Çin dövləti ayrılmaq istəyənlər hərəkatında qoşulmasınlar deyə həbsdə saxlayır.  

http://iqna.ir/fa/news/3715859

Teqlər: iqna ، çin ، türküstan ، uyğur
captcha