IQNA

Fələstinin işğal olunmuş torpaqlarından yəhudilərin mühacirəti artıb

17:23 - August 16, 2018
Xəbər sayı: 3483673
Sionist rejimin məlumatlarına görə, 2016-cı ildən bəri Fələstinin işğal olunmuş torpaqlarını tərk edən yəhudilərin sayı, işğal olunmuş torpaqlarına köçən yəhudilərin sayından artıqdır.

Fələstinin işğal olunmuş torpaqlarından yəhudilərin mühacirəti artıbİQNA-nın verdiyi xəbərə görə, sionist rejimin məlumatlarına görə, 2016-cı ildən bəri Fələstinin işğal olunmuş torpaqlarını tərk edən yəhudilərin sayı, işğal olunmuş torpaqlarına köçən yəhudilərin sayından artıqdır.

Maide.Az xəbər verir ki, Fələstin İnformasiya Mərkəzinin  bildirdiyinə görə, sionist rejim statistika idarəsi verdiyi hesabatda, 2016-ci ildən etibarən 15200 yəhudinin işğal torpaqlarını tərk etdiyini bildirir.
 
Sionist rejim statistika idarəsi hesabatın davamında bildirir ki, işğal torpaqlarına yeni köçən yəhudilər daha əvvəl köçən yəhudilərə nisbətən 1948-ci ildə işğal edilən əraziləri tərk etməyə daha meyllidirlər.
 
Hesabatda 2015-ci ildə 15700 yəhudinin Fələstinin işğal olunmuş torpaqlarını tərk etdiyi bildirilərkən, buradan  mühacirət edənlərin həmin torpaqlara köçürülənlərdən 2 qat daha çox olduğu vurğulanır. 
 
Sionist rejimin bölgədə apardığı hərbi siyasət, yəhudi icmalarına verdiyi boş vədlər və Fələstin müqavimət qruplarına olan məğlubiyyətləri, mühacirətin artımına təsir edən əsas amillər olaraq görülür.
Teqlər: iqna ، fələstin ، israil
captcha