IQNA

Həcc mərasimində hacılara 1 milyon Quran paylanılıb

19:25 - August 17, 2018
Xəbər sayı: 3483679
Cari ilin Həcc mərasiminin başlandığı ilk günlərindən indiyədək "Məscidul-Həram"ın və "Məscidun-Nəbi"nin mütəvəlliləri tərəfindən hacılara 1 milyon Qurani-Kərim nüsxəsi paylanılıb.

Həcc mərasimində hacılara 1 milyon Quran paylanılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Həcc mərasiminin ilk günlərindən indiyədək "Məscidul-Həram"ın mütəvəlliləri tərəfindən hacılara 1 milyon Qurani-Kərim nüsxəsi paylanılıb.

Həcc mərasimi ərəfəsində Mədinə şəhərinin "Peyğəmbər Məscidi" (Məscidun-Nəbi) və müqəddəs Məkkə şəhərinin "Məscidul-Həram" ibadət ocaqlarının məsulları Allahın evinin ziyarətçilərinə xidmət çərçivəsində bütün hacılara Quran nüsxələri paylayıblar.

"Məscidul-Həram"ın müshəflər və kitablar idarəsinin müdiri Əli ibn Hamid Nafei bu barədə deyib: Bu Quran nüsxələri müxtəlif ölçülərdə olub, Quranın müxtəlif dillərə tərcüməsini, təfsirini ("ət-təfsirul-müyəssər" – "asan təfsir" adlı təfsir) və Bril əlifbası ilə Quran nüsxələrini ehtiva edib.  

O əlavə edib ki, məsulu olduğu idarə Allah evinin ziyarətçilərinə hərtərəfli və ən yaxşı xidmətləri etmək üçün tam ciddiyyətlə çalışacaqdır.

http://iqna.ir/fa/news/3739007

 

captcha