IQNA

İslamofoblar Floridada Trampın iqamətgahında toplanacaqlar

8:28 - October 07, 2019
Xəbər sayı: 3485927
"Act for America" adlı İslamofob və anti-müsəlman təşkilat elan edib ki, onların illik toplantısı bu il ABŞ prezidenti Donald Trampın Florida əyalətindəki Mar-a-Lago iqamətgahında keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Act for America" (Amerika üçün iş) adlı İslamofob və anti-müsəlman təşkilat elan edib ki, onların illik toplantısı bu il ABŞ prezidenti Donald Trampın Florida əyalətindəki Mar-a-Lago iqamətgahında keçiriləcək.  

"Amerika üçün iş" anti-müsəlman və İslamofob qruplaşması ABŞ-ın ən böyük anti-İslam təşkilatıdır.

Təşkilat tərəfindən Noyabr ayında keçiriləcək bu toplandıta iştirak etmək istəyən hər bir kəs üçün 1500-2500 dollar dəyərində təyyarə üçün bilet pulu nəzərdə tutulmuşdur.

Amerika-İslam Şurasının ümumi əlaqələr şurasının sözçüsü İbrahim Kuper bu barədə deyib: Florida əyalətinin Palm Beach şəhərində yerləşən bu iqamətgahı Donald Tramp anti-müsəlman təşkilata icarəyə verir və bununla pul qazanır. Mənim fikrimcə bu hadisə baş verməməlidir. Çünki ABŞ prezidentinin birbaşa cəmiyyətdə insanlar arasında irqi və dini nifrət yaymaqla məşğul olan bir qrupdan qazanc əldə etməsi beynəlxalq hüquqlara və dövlət qanununa ziddir.

O əlavə edib: Donald Trampı təsiri altına salmaq istəyən hər kəs ona məxsus hotel, bina və golf klublarında yer icarə etmək və Trampa qazanc yetirməklə bunu edir. Və "Amerika üçün iş" anti-müsəlman təşkilatı bunu çox gözəl bilir.

Qeyd edək ki, "Amerika üçün iş" anti-müsəlman təşkilatının təsisçisi Bricit Gabril və həmin toplantında çıxış edəcək Michelle Malkin adlı şəxs Trampın bu işini tənqid edən müsəlmanları təhqir edərək deyiblər: Müsəlmanlar vətənsevər Amerikalılara, radikal İslamın və müsəlman miqrantlar üçün açıq sərhədlərin təhlükəsini ifşa edənlərə hücum edirlər. Amerika radikal müsəlmanlar tərəfindən hər bir yerdə hücuma məruz qalmışdır.

"Amerika üçün iş" anti-müsəlman qruplaşması iddia edir ki, hədəfləri ölkənin təhlükəsizliyini qorumaqdır. Onlar 2017-ci ildə irqçilər və islamofobların iştirakı "İslam şəriəti əleyhinə aksiya" devizi ilə iclas keçirmişdilər.

http://iqna.ir/fa/news/3847583

captcha