IQNA

Qəzzada ‘Qəzəb günü’ aksiyası keçirildi - FOTO

18:48 - July 02, 2020
Xəbər sayı: 3487531
Qəzza sakinləri Qərb Sahilinin işğalına etiraz olaraq “Qəzəb günü” mitinqi keçirib. Əllərində Fələstin bayraqları tutan minlərlə fələstinli qərb sahilinin işğalı planına etiraz etmək üçün küçələrə çıxıb. 
Qəzza sakinləri Qərb Sahilinin işğalına etiraz olaraq “Qəzəb günü” mitinqi keçirib. Əllərində Fələstin bayraqları tutan minlərlə fələstinli sionist rejimin Qərb Sahilini işğal etmək planına etiraz etmək üçün küçələrə çıxıb. 
 
Mitinqdə HƏMAS-ın Qəzzadakı siyasi bürosunun rəhbəri Yəhya Əl-Sinvar da iştirak edib.  On altı beynəlxalq və Fələstin təşkilatı işğal planına qarşı etiraz mitinqi keçirilməsi üçün müraciət etmişdi.
 
Əl-İttihad Əl-Vatani Əl-Demokrati hərəkatının (Fada) siyasi bürosunun üzvü Saadi Abəd, çıxış edərək Fələstin xalqının bütün digər sionist layihələrini məğlub edəcəyini söyləyib.
 
O, ilhaq qərarının Fələstin xalqı üçün təhdid olduğunu və yeni bir intifada və şiddətli bir partlayış üçün zəmin yaratdığını vurğulayıb: “Millətimiz səssiz qalmayacaq və hərtərəfli mübarizə dalğasına başlayacaq. Fələstin xalqı azadlıqlarını, torpaqlarını və ləyaqətlərini qorumaq üçün onilliklər boyu böyük fədakarlıqlar edib”.
 
Mitinqdə fələstinli qrupların sionist rejimlə FATH arasında imzalanan Oslo sazişinin dayandırılmasına əsaslanan yeni bir milli strategiyanın qəbul edilməsinin vacibliyini vurğulanıb.
 
 
 
 
 
captcha