IQNA

Müsəlmanlar məscidə hücum edən vandalı əfv etdilər

19:45 - May 07, 2021
Xəbər sayı: 3489764
Minnesota ştatının (ABŞ) müsəlman icması Morhed şəhərindəki məscidə qarşı vandalizm aktı törətmiş şəxsi bağışlayıb və hətta onu qonaq belə çağırıb.

Minnesota ştatının (ABŞ) müsəlman icması Morhed şəhərindəki məscidə qarşı vandalizm aktı törətmiş şəxsi bağışlayıb və hətta onu qonaq belə çağırıb.

Qeyd edək ki, 22 yaşlı Bencamin Stüart Enderl məscidin divarlarına “İslama ölüm” və “cəhənnəmə gedin” ifadələrini yazmış, svastika çəkmişdi. O, həmçinin ibadətgahın pencərisini də sındırmışdı. Ona qarşı nifrət zəminində cinayət ittihamı irəli sürülmüşdü.

İndi isə Morhed-Farqo İslam Mərkəzi bəyan edib ki, Enderli əfv edir və onu qohumları ilə birlikdə Ramazan ayında məscidi ziyarət etməyə dəvət edir.

“Ramazan ayıdır. Həyat yolumuzun ilk günündəncə bağışlamağı öyrənirik. Bunu nəzərə alaraq, biz məscidimizdə şəkillər çəkmiş və nifrətdolu sözlər yazmış cənaba bildirmək istəyirik ki, biz onu səmimi qəlbdən bağışlayırıq”, – deyə məscid rəsmisi Sacid Qori bildirib.

“Zülmətdə dolaşmaqdansa, nura tərəf gedin, bizimlə danışın. Mən sizə zəmanət verirəm ki, bizim çoxlu ortaq nöqtələrimiz var və biz mehriban dost olacağıq”, – deyə Sacid əlavə edib.

Qeyd edək ki, vandalizm hücumundan sonra sözügedən məscidə təmir və təhlükəsizliyin təminatı üçün 65 691 dollar ianə edilib. / Şəfəqna

captcha