IQNA

İraqın müftisi terror sui-qəsdindən xilas oldu

9:10 - January 04, 2017
Xəbər sayı: 3481223
İraq Əhl-Sünnəsinin müftisi Mehdi Əs-Süməydi Bağdadda beş nəfərin həyatına son qoyan terror partlayış hadisəsindən canını sağ qurtara bildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "anadolu" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, İraq Əhl-Sünnəsinin müftisi Mehdi Əs-Süməydi Bağdadda beş nəfərin həyatına son qoyan terror partlayış hadisəsindən canını sağ qurtara bildi.

Bu barədə İraqın polis zabitlərindən biri "Anadolu Xəbər Agentliyi"nin müxbirinə deyib: İraq Əhl-Sünnəsinin müftisi Mehdi Əs-Süməydinin hərəkəti istiqamətində partlayıcı maddə ilə dolu maşın Bağdadın Yərmuk məhəlləsinin "Ümmu Təbəl" məscidinin yaxınlığında terror və sui-qəsd niyyəti ilə partladılıb. Amma müfti, beş nəfərin həyatına son qoyan bu terror partlayışı hadisəsindən canını sağ qurtara bilib.

Əl-Cabiri – İraqın polis zabiti, əlavə edib: Bu terror partlayışı hadisəsində 5 nəfər ölüb və 13 nəfər yaralanıb.

İraqın media və "kiv" məsullarından biri olan Zeyd Əl-Cəlusi də İraq Əhl-Sünnəsinin müftisi Mehdi Əs-Süməydinin bu sui-qəsd partlayışından canını qurtara bildiyini təsdiq edib.

Qeyd edək ki, "Anadolu" agentliyinin verdiyi xəbərə görə, həftənin birinci günü Fransua Olandın Bağdada səfəri ilə eyni zamanda İraqda baş verən sisilə terror hadisələrində ən azı 44 nəfər həyatını itirmişdir.

http://iqna.ir/fa/news/3559153


Teqlər: iqna ، İraq ، müfti ، əhl-sünnə ، terror ، sui-qəsd
captcha