IQNA

Amerika İraqdan əlyazma nüsxələri oğurlayıb

11:56 - May 13, 2018
Xəbər sayı: 3483160
İraqın Nəcəf şəhərinin "Kaşiful-Ğita" müəssisəsi ölkənin müxtəlif şəhərlərindəki qədim və nadir Quran nüsxələrini toplamaq və onları Qum şəhərində çap və nəşr etməklə məşğuldur.

Amerika İraqdan əlyazma nüsxələri oğurlayıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Nəcəf şəhərinin "Kaşiful-Ğita" müəssisəsi ölkənin müxtəlif şəhərlərindəki qədim və nadir Quran nüsxələrini toplamaq və onları Qum şəhərində çap və nəşr etməklə məşğuldur.

İraqın Nəcəf şəhərinin "Kaşiful-Ğita" müəssisəsinin idarə meneceri Mürtəza Eyvazi İQNA ilə müsahibəsində dedi: Səddam Hüseynin süqutundan sonra "Darul-Vətəni" nəşriyyatı qədim əlyazma nüsxələrin bir çoxunun elektron variantını əldə edə bilmişdi. Amma nüsxələrin orjinalı amerikalılar tərəfindən oğurlandı və bir hissəsi də Mosul şəhəri İŞİD terroristlərinin əlin keçdikdə məhv edildi.

O əlavə etdi: Bu gün bizim əlimizdə 60 min əlyazma nüsxənin elektron versiyasıdır ki, bu nüsxələrin orjinalının böyük bir hissəsi yoxa çıxmışdır.

Eyvəzi bu nüsxələrin elektron, dicital və rəqəmsal versiyalarının hazırlanması barədə dedi: Bu əsərlərin bir hissəsi çap edilmişdir. Bundan əlavə əlyazma nüsxələr ilə maraqlananlar üçün 8 min əlyazma nüsxə bərk diskdə (CD) hazırlanaraq istehsal edilmişdir. Gələn il isə bu nüsxələrə 12 min nüsxə də əlavə edilərək "xarici sərt disk"lərdə (external HDD) istehsal ediləcəkdir. Bu disklər elmi müəssisələr və araşdırma mərkəzlərinin istifadəsinə veriləcəkdir.

Nəcəf şəhərinin "Kaşiful-Ğita" müəssisəsinin idarə meneceri vurğuladı: Müəssisəmiz indiyədək 20 min əlyazma nüsxəni yenidən ehya və təmir edilməsi üçün müxtəlif müəssisələrə göndərmişdir.

Eyvəzi dedi: Çapa hazırlanmaqda olan əlyazma nüsxələrin arasında bizim üçün ən əhəmiyyətli olanı hicri-qəməri tarixi ilə birinci əsrdə İmam Əlinin (ə) mübarək dəstxətti ilə yazıldığı deyilən Quran nüsxəsi və digəri isə Şeyx Tusinin (385-460 hq) "əl-İstibsar" kitabının qədim və nadir nüsxəsidir.

Bu müəssisənin əlyazma nüxələrindən danışan Eyvəzi əlavə etdi: Bəzi nüsxələr vardır ki, yeni kəşf ediliblər. Bunlardan biri Məhəmməd ibn Əyyub Təbərinin (6-cı əsr) astronomiya barədə Fars dilinə nəstəliq xətt ilə yazılmış nəfis nüsxəsidir və digəri isə Şeyx Bəhayiyə (səfəvilər dövrü) nisbət verilmiş təfisr kitabıdır.

Eyvəzi dedi: Bizim əldə etdiyimiz əlyazma nüsxələr müxtəlif mövzuları, o cümlədən təfsir, üsul, fiqh, hədis, tarix, riyaziyyat, astronomiya, tibb, ədəbiyyat, şer, Quran və sair İslami irsi ehtiva edir.

Eyvəzi bəzi oğurlanmış nüsxələrin qaytarılması üçün göstərilən səylərdən danışaraq dedi: Bəzi nüsxələrin hamısı və ya bir hissəsi oğurlanıb və aparıldığı istiqamət bəlli olduğu üçün qaytarılması üçün işlər görülür. Məsələn, İmam Əlinin (ə) hərəmindən hicri-qəməri ilə 3-cü əsrdə yazıldığı deyilən Quran nüsxəsinin 30 səhifəsi ABŞ-ın İraqa hücumu zamanı oğurlanmışdı. 20 ildən sonra bu nüsxənin İngiltərədə hərraca çıxarılmasını xəbərini oxuduq. Hazırda müxtəlif təşkilatların həmkarlığı ilə bu nüsxələrin qaytarılması üçün çalışırıq.

http://iqna.ir/fa/news/3713135

عرضه نسخ خطی نفیس در نمایشگاه کتاب/ مصحف منسوب به خط امام علی(ع) در میان آثار

شنبه/ اماده/ عرضه نسخ خطی نفیس در نمایشگاه کتاب/ وجود مصحف منسوب به خط امام علی(ع) در میان آثار

captcha