IQNA

BƏƏ beynəlxalq qarilərə evsahibliyi edəcək

12:50 - May 14, 2018
Xəbər sayı: 3483168
BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) İslam dünyasının beynəlxalq və məşhur Qurani-Kərim qarilərinə evsahibliyi edəcək. Qarilər bu ölkənin məscidlərində Quranla üns məclisləri keçirəcəklər.

BƏƏ-nin məscidləri beynəlxalq qarilərə evsahibliyi edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) İslam dünyasının beynəlxalq və məşhur Qurani-Kərim qarilərinə evsahibliyi edəcək.

Bu barədə BƏƏ-nin İslami işlər və xeyriyyə idarəsi xəbər verərək elan edib ki, İslam dünyasının 75 nəfər məşhur qarisi mübarək Ramazan ayı boyunca bu ölkənin müxtəlif məscidlərində proqram icra edəcəklər.

Həmid Şeybani (BƏƏ-nin İslami işlər və xeyriyyə idarəsinin direktoru) bildirib ki, cari ilin mübarək Ramazan ayında BƏƏ-nin 18 məscidində İslam dünyasının məşhur beynəlxalq qarilərindən 75 nəfəri Quranla üns məclisləri keçirəcəklər.

Bunadan əlavə "Dubay qariləri" layihəsinin icrası yönündə keçiriləcək bu məclislərdə 65 xətib dini söhbətlər edəcəklər. Dini söhbətlər ölkənin 9 məscidində təşkil olunacaqdır.

BƏƏ-nin İslami işlər və xeyriyyə idarəsinin icraçı müdiri Casim Xəzrəci bu barədə dedi: Bu idarə mübarək Ramazan ayı boyunca İslam peyğəmbərinin (s) sünnəsinin cəmiyyətdə yenidən dirildilməsi və çiçəkləndirilməsi və Qədr gecələrini ehya saxlamaq hədəfi ilə ölkənin müxtəlif məscidlərində dini söhbətlər və Quranla üns məclisləri təşkil edəcəkdir. Müsəlmanlar İslam dünyası və Ərəb ölkələrinin məşhur qarilərinin ürəkoxşayan səslərinə qulaq asacaqlar.

O əlavə etdi: Bu qarilər regionların ehtiyaclarına görə ölkənin 18 məscidinə göndəriləcəkdir. Xətiblər isə öz dini söhbətlərini ölkənin əsas 9 məscidində edəcəklər.

http://iqna.ir/fa/news/3714248

captcha