IQNA

Bu ölkələr ABŞ səfirliyinin Qüdsə köçürülməsini qəbul etmədilər

13:13 - May 16, 2018
Xəbər sayı: 3483181
Sionist İsrail rejimi ABŞ səfirliyinin Tel-Avivdən Qüdsə köçürülməsi mərasimində iştirak etmək üçün dünyanın 86 ölkəsinə dəvətnamə göndərsə də onların çoxu bu mərasimə qatılmayıblar.

Bu ölkələr ABŞ səfirliyinin Qüdsə köçürülməsinı qəbul etmədilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın 54 ölkəsi Amerikanın öz səfirliyini Tel-Avivdən Qüdsə köçürməsi mərasimində iştirak etmədilər.

Sionist İsrail rejimi ABŞ səfirliyinin Tel-Avivdən Qüdsə köçürülməsi mərasimində iştirak etmək üçün dünyanın 86 ölkəsinə dəvətnamə göndərsə də onların çoxu bu mərasimə qatılmayıblar.  

Qeyd edək ki, Amerika prezidenti Donald Trampın axmaq qərarı ilə ABŞ-ın İsraildəki səfirliyi cari həftənin birinci günü Tel-Avivdən Qüdsə köçürüldü. "Nikbət günü" (səfalət, bədbəxtlik, fəlakət) həyata keçirilən bu mərasimə etiraz edən fələstinlilər terrorist İsrail əsgərləri tərəfindən qətliam edildi və minlərlə insan yaralandı. Halbuki bu mərasimin keçirilməsinə bir çox dünya ölkələri, beynəlxalq ictimai qrumlar, o cümlədən BMT etirazını bildirmişdi.

Dünya ölkələri xristiyan, yəhudi və müsəlmanlar üçün müqəddəs olan Qüdsün taleyinin sülh yolu ilə həll edilməsini tərəfdarıdırlar və səfirliklərin Qüdsə köçürülməsini bu məsələnin həllinin gecikdirilməsinə və regionda daha çox çəkişmələrin yaranmasına səbəb olacağını önə çəkirlər.

Buna görə də başqa vaxtlar sionistləri himayə edən ölkələrin də bir çoxu ABŞ səfirliyinin Qüdsə köçürülməsi mərasimində iştirak etmədilər. İsrailin mərasimə dəvət etdiyi 86 ölkədən təkcə 32 ölkənin nümayəndəsi mərasimdə iştirak edib.

Mərasimə qatılmayan bəzi ölkələr ibarətdirlər: Albaniya, Anqola, Avstriya, Kameron, Konqo, Ac Sahili, Çexiya, Duminiken, Rumuniya, Ruanda, Serbistan, Alsalvador, Efiopiya, Gürcüstan, Quatamala, Myanmar, Hondoras, Makedoniya, Panama, Filippin, Peru, Cənubi Sudan, Tayland, Vyetnam, Paraquvay, Tanzaniya, Zambiya.

http://iqna.ir/fa/news/3714799  

حضور نمایندگان 32 کشور در مراسم انتقال سفارت آمریکا/ انگلیسی

Teqlər: iqna ، israil ، abş ، qüds ، tel-aviv
captcha