IQNA

YTB-dən arakanlı müsəlmanlarla bağlı çağırış

9:04 - March 25, 2021
Xəbər sayı: 3489502
Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Arakanda yaşayan müsəlmanların vəziyyətinin beynəlxalq təşkilatlar və medianın diqqətinə çatdırılmasının vacibliyini söyləyib.

Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsinin (YTB) rəhbəri Abdullah Eren Arakanda yaşayan müsəlmanların vəziyyətinin beynəlxalq təşkilatlar və medianın diqqətinə çatdırılmasının vacibliyini söyləyib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Eren paytaxt Ankarada verdiyi açıqlamada rəhbərlik etdiyi qurumun fəaliyyət sahələrindən birinin də Türkiyənin bəzi ortaq dəyərləri paylaşdığı qardaş cografiyalar və əqraba topluluqları olduğunu bildirib.
“Bu mənada Arakanlı müsəlman qardaşlarımız da bizim üçün önəmlidir. Təəssüf ki, onlar Myanmarda vətəndaşlıq haqları da daxil olmaqla ən əsas insani hüquqlardan belə məhrumdurlar. Bu məsələnin bəynəlxalq qurumların və medianın gündəminə gətirilməsi vacibdir”, – deyə Eren əlavə edib.

Myanmardan kənarda yaşayan xeyli sayda müsəlmandan ibarət təşkil olunan  Arakanlı Müsəlman diasporuna diqqəti çəkən Abdullah Eren “Bu qardaşlarımızın səslərini dünyaya daha təsirli şəkildə çatdıra bilmək və  diasporda vətəndaş cəmiyyəti imkanlarının inkişafına töhfə vermək üçün “Rohingya Onlayn Media Təlim Proqramı”nı həyata geçiririk. 29-31 mart tarixlərində  həyata keçirəcəyimiz proqram onlayn olacaq” deyə bildirib.

Teqlər: arakan ، myanma ، myanmar ، ruhingiya ، raxin
captcha