Əl-Bəkri ailəsi karton, pərdə, canamaz, təsbeh və Qurani-Kərimlərdən istifadə edərək evlərində öz məscidlərini qurublar.
Onlar pandemiya şəraitində keçən ikinci Ramazanı bu cür keçirmək qərarına gəliblər.
“Biz evimizdə özümüzün kiçik məscidimizi tikdik, çünki məscidlər pandemiyaya görə bağlıdır”, – deyə 11 yaşlı Əbdül-Qəni Əl-Bəkri bildirib.
“Biz kartonu elə kəsdik, forması ilə günbəzi xatırlatsın”, – deyə 13 yaşlı Mey Əl-Bəkri əlavə edib.
Müsəlmanlar builki Ramazan rahat şəkildə keçirəcəklərinə ümid etsələr də, bu il də Ramazanı mövcud şəraitdə keçirməli olublar.