IQNA

Fələstin və İsrail qarşıdurmasının qalibi kimdir? - Analiz

10:50 - May 23, 2021
Xəbər sayı: 3489885
Misir, ABŞ və İordaniyanın vasitəçiliyi ilə İsrail-Qəzza cəbhəsində atəşkəs elan olundu. İsrail 11 gün davam edən müharibənin sonunda HƏMAS ilə atəşkəs imzalamağa məcbur qaldı.

Fələstin və İsrail qarşıdurmasının qalibi kimdir? - AnalizMisir, ABŞ və İordaniyanın vasitəçiliyi ilə İsrail-Qəzza cəbhəsində atəşkəs elan olundu. İsrail 11 gün davam edən müharibənin sonunda HƏMAS ilə atəşkəs imzalamağa məcbur qaldı.  

11 günlük müharibənin sona çatması ilə yanaşı, bu savşda kimin qalib gəlməsi, hansı tərəfin məyus olması və qələbə sevincini yaşaması böyük maraq doğrurur. Bu dəfəki təhlil zamanı bu istiqamətdə həqiqətləri ortaya qoymağa çaışacağıq.  

Əvvəlcə onu qeyd edək ki, 11 günlük qarşıdurmada İsrailin Aşkelon, Aşdod, Beer-Şava, Sderot şəhərlərinə, o cümlədən paytaxt Təl-Əvivə çoxlu sayda raket düşdü.

Bu raketlər qeyd edilən şəhərlərdə və digərlərində ciddi dağıntılara səbəb oldu. İsrailə beynəlxalq uçuşlar dayanıdı və bəzi elektrik, neft və qaz kimi enerji xətlərinin işində dayanmalar və ya fasilələr baş verdi. Raketlər şimaldan Təl-Əvivi keçib cənubda Eilata çatdı.

"Ben Gurion" hava limanına uçuşları planlaşdıran bir çox aviaşirkət uçuşlarını təxirə saldı. Hətta Hayfa limanın da təhlükədə olduğu dəqiqləşdi.

Fabriklər bir çox yerdə dayandı və insanlar sığınacaqlarda yaşamaq məcburiyyətində qaldı.  

Paralel olaraq İsrailin Qəzza əhalisinə qarşı cavabları da amansız oldu. Qəzza xalqına qarşı hücumlar bir an belə dayanmadı və azyaşlı, ahıl, qadın və sadə vətəndaşlar gecə-gündüz bilmədən fasiləsiz hücumlara məruz qaldı.

Məqsəd müqaviməti qısa zamanda qorxutmaq və fələstinliləri təslim olmağa məcbur etmək idi. Çünki Qəzzanın İsrailə cavab verməsi və raket atışlarını uzun müddət davam etdirməsi Təl-Əviv üçün dözülməz idi.

İsrailin baş naziri Benyamin Netanyahu hadisələrin belə davam etməsinin onun siyasi karyerasına son qoymaq təhlükəsinin olmasını başa düşdü və məlum olduğu kimi Ağ Ev rəhbəri Co Baydenin təşviqi və Misirin vasitəçiliyi qeyd-şərtsiz atəşkəsə razı oldu.  

Yaxın keçmişdə Fələstin-İsrail qarşıdurması bir neçə dəfə baş verib. Bu qarşıdurmaları araşdırdıqda maraqlı mənzərə ortaya çıxır. Belə ki, İsrail və Fələstin arasında 2014-cü ildə müharibə baş vermiş və həmin vaxt qarşıdurmalar 50 gün davam etmişdi. O dövr daha çox dağıntılar baş vermiş və 1600-dən çox günahsız insan vəhşicəsinə qətlə yetirilmişdi. Lakin bu dəfə Fələstin müqavimətini təslim olmağa məcbur edənə qədər əməliyyatı davam etdirməyə qərarlı olan İsrail rəhbərliyi 11-ci gündə atəşkəslə razılaşmanı seçdi.   

Çünki İsrail mediasının da etiraf etdiyi kimi, Fələstin müqaviməti 11 günlük müharibə zamanı 2014-cü ildəki qarşıdurmalarla müqayisədə 50 günə İsrailə atdığı raketlərdən 3 dəfə çox raket atıb. 1948-ci ildə işğal edilmiş bölgəyə, yəni İsrailə atılan raketlərin sayı dörd minə çatdı.  

Benyamin Netanyahu əvvəlki müharibə ilə müqayisədə bu dəfə Qəzzaya quru qoşun göndərməyi də bacarmadı. Bu onu deməyə əsas verir ki, İsrailin Qəzza xalqından üstünlüyü sadəcə onun malik olduğu müasir silah, raket və müdafiə kompleksləridir. Lakin Qəzzadan atılan raketlər bir daha göstərdi ki, büdcəsi milyardlarla dollar olan İsrail fələstinlilər qarşısında necə aciz duruma düşüdü.  

İsrailin atəşkəs imzalamağa məcbur olması fələstinliləri qalib etdiyi kimi, ona dəstək verən İran İslam Respublikasının da İslam dünyasındakı nüfuzunu bir qədər də artırdı. Belə ki, “Fələstinin İslami Müavimət Hərəkatı” 11 günlük müharibədə misilsiz dəstəyinə görə məhz İrana dərin təşəkkürlərini bildirdi. HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmail Həniyyə çıxışı zamanı İslam Respublikasının Qəzzadakı müqavimət hərəkatına maddi və hərbi dəstəyinə görə İrana təşəkkür etdi.   

Fələstin rəsmisinin İrana təşəkkür etməsi onu göstərir ki, rəsmi Tehran artıq İsraillə onun ərazisində döyüş aparmaq gücünü də nümayiş etdirdi. Yaxın Şərqdə müqavimət hərəkatlarına dəstəyini davam etdirən İslam Respublikası əslində imperializm qarşısında bir qala rolunu oyanadığını ortaya qoydu.

İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei 11 günlük müharibə zamanı İsrail qarşısında göstərdiyi müqavimətə, Əl-Əqsa məscidi və və Qüds şəhərinin müdafiəsilə bağlı əldə etdiyi nəaliyyətlərə görə fələstinli hərəkatları xüsusilə təbrik edib:   

"Əziz və Qüdrətli Allaha Fələstin mücahidlərinə əta etdiyi qələbə və izzətə görə təşəkkür edirəm. Allahdan şəhid vermiş yaralı qəlblərə aramlıq və qürur, şəhidlərə rəhmət və müjdə, zərər çəkənlərə, yaralılara şəfa diləyir, cinayətkar sionist rejim üzərində qələbəyə görə təbrik deyirəm!"  

Hüseyn Abdullah

Eastnews.org 

captcha