IQNA

BƏƏ-də xanımlar arasında beynəlxalq Quran yarışları keçiriləcək

11:17 - August 24, 2021
Xəbər sayı: 3490584
"Şeyxə Fatimə bin Mübarək" adına qadınlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının keçirilməsi üçün çağırış edilib. Bu yarışların qeydiyyatına 2021-ci ilin Sentyabr ayının 15-də başlanılacaq.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  BƏƏ-də xanımlar arasında "Şeyxə Fatimə bint Mübarək" adına V Beynəlxalq Qurani-Kərim yarışları keçiriləcək.

"Şeyxə Fatimə bin Mübarək" adına qadınlar arasında beynəlxalq Qurani-Kərim yarışları "Beynəlxalq Dubay Quran Mükafatı" tərəfindən keçirilir.

"Şeyxə Fatimə bin Mübarək" adına qadınlar arasında beynəlxalq Qurani-Kərim yarışlarının keçirilməsi üçün çağırış edilib. Bu yarışların qeydiyyatına 2021-ci ilin Sentyabr ayının 15-də başlanılacaq.

Yarışlarda iştirak etmək istəyənlər "info@quran.gov.ae" və "quran@eim.ae" e-poçt ünvanlarına müraciət edə bilərlər.

BƏƏ-nin Dubay əmirliyi hakiminin Mədəniyyət İşləri Müşarivi və Quran yarışları komitəsinin koordinatoru İbrahim Məhəmməd Bu-Məlhə bu barədə deyib: Bu yarışlarda vətəndaşı olduğu ölkə tərəfindən rəsmi formada təqdim olunan və həmçinin BƏƏ-də qanuni şəkildə yaşayan və xarici ölkələrin vətəndaşları olan xanımlar iştirak edə bilərlər. Həmçinin yarışlarda iştirak etmək istəyən xanımların yaşı 25-dən çox olmamalı və Quranı təcvid qaydaları əsasında əzbər bilməlidir. / iqna

captcha