IQNA

BƏƏ-də müqəddəs Ramazan ayı ərəfəsində mağazalarda endirimlər edilib

10:48 - March 20, 2022
Xəbər sayı: 3491945
Dubay və Şarcənin böyük mağazalar şəbəkəsi müqəddəs Ramazan ayı münasibətilə müştərilərinə böyük endirimlər edir.

"İQNA", "Nəşnal News"-a istinadən xəbər verir ki, Dubay və Şarcədə kooperativlər, qida şirkətləri Ramazan ayı ərəfəsində qiymətləri aşağı salıblar. Onlarla pərakəndə satış mağazası müqəddəs ayın əsas yeməklərini böyük endirimlərlə təklif edir.

Şarcə Kooperativ Şirkəti minlərlə istifadə edilən malın endirimini dəstəkləmək üçün 30 milyon dirhəm ayırıb. Bu mağazalar şəbəkəsi Ramazan ayında on minlərlə ərzaq məhsulunun qiymətlərini 90%-ə qədər endirməklə alıcılara dəstək olur.

Şarcə Kooperativ İttifaqı Dubay və Şarcədəki onlarla filialında 50 000-ə yaxın zəruri ev əşyalarının qiymətini aşağı salır. Bu təşəbbüs, cümə günü başlayıb və müqəddəs ay boyunca davam edəcək.

4043966

captcha