IQNA

Həzrət Məhəmmədin (s) oruc tutanlara beş tövsiyəsi

19:13 - April 13, 2022
Xəbər sayı: 3492060
Orucun zahiri yemək və içməməkdən ibarətdir. Amma Ramazan ayının əzəməti bu iki məsələdən yüksəkdir. Biz daha konkret məsələlər axtarmalıyıq ki, onlardan bəziləri Həzrət Peyğəmbərin (s) Şəbaniyyə xütbəsində qeyd olunub.

Həzrət Məhəmmədin (s) oruc tutanlara beş tövsiyəsiİlin ayları arasında Ramazan ayı mühüm yer tutur və müsəlmanlar üçün xüsusi bir fürsətdir. Bu səbəbdən İslam Peyğəmbəri müsəlmanlara bu ayla bağlı mühüm tövsiyələr vermişdir.

İslam peyğəmbəri (s) Şəbaniyyə xütbəsində Ramazan ayını Allahın ayı kimi təqdim etmişdir. Allah yanında ayların ən xeyirlisidir. Günləri ən gözəl günlər, gecələri ən gözəl gecələr və saatları ən gözəl saatlardır. Orada hər bir əməl qəbul edilir və dualar qəbul olunur.

Bu vəsflə Ramazan ayı hər il müsəlmanlara təqdim edilən böyük nemət və fürsətdir. Bu səbəbdən oruc tutanlar bu böyük fürsətdən maksimum yararlanmaq üçün aydın bir yola ehtiyac duyurlar. İslam peyğəmbəri (s) Şəbaniyyə xütbəsində oruc tutanlar üçün bu yolu müəyyən etmişdir.

Aclıq və susuzluğun sıxıntılarına səbir edən oruc tutana İslam Peyğəmbərinin (s) tövsiyəsi beş dəstəyə qarşı beş əməldir:

1_ İmkansız insanlara yardım etmək
2_ Yaşlılara hörmət etmək
3_ Uşaqlara sevgi və məhəbbət göstərmək
4_ Qohum və tanışlara baş çəkmək
5_ Xalqın yetimlərinə məhəbbət göstərmək

Bu işlər il boyu tövsiyə edilsə də, bu beş məsələnin əhəmiyyətini nəzərə alaraq, İslam Peyğəmbəri (s) onları müqəddəs Ramazan ayında xüsusi dəyərlər kimi vurğulamışdır.

Amma Şəbaniyyə xütbəsində qeyd olunan ən mühüm məsələ insanın özünə diqqət etməsidir. İslam Peyğəmbəri (s) özünə diqqət yetirməyi və oruc tutanın mənəvi şəxsiyyətini tərbiyə etmək və yüksəltmək üçün mübarək Ramazan ayının şərtlərindən istifadə etməyi əsas məsələ kimi qeyd etmişdir.

İslam Peyğəmbəri (s) tərbiyə baxımından bu ayda dili, gözü və qulağı haram və çirkin işlərdən saxlamağı, gözəl əxlaqa can atmağı ən mühüm məsələlərdən hesab etmişdir.

Lakin Şəbaniyyə xütbəsində oruc tutanı xüsusi məqama çatdıran, Allahdan istiğfar, uzun səcdələr, möminə iftar vermək, insanlara əziyyət etməkdən çəkinmək, vacib və müstəhəbb namazları qılmaq Peyğəmbərə salavat göndərmək və Quran tilavət etmək kimi əməllər qeyd olunmuşdur.

Peyğəmbər Ramazan ayında oruc tutanlara xoşbəxtlik və yüksək məqama çatmağın yolunu izah etdikdən sonra onlara bu müjdəni verir: "Ey insanlar! Cənnətin qapıları bu ayda açıqdır, Rəbbinizdən istəyin ki, onları üzünüzə bağlamasın. Həmçinin bu ayda cəhənnəmin qapıları bağlıdır, Allahdan istəyin ki, onları üzünüzə açmasın.

Şəbaniyyə xütbəsi İslam Peyğəmbərindən (s) Ramazan ayının fəzilətləri haqqında bəyan edilmiş xütbədir. Bu xütbə Şəban ayının son cümə günü oxunduğu üçün Şəbaniyyə xütbəsi kimi tanınır.

captcha