IQNA

Almaniyada məscidə təhdid məktubu göndərilib

10:51 - May 27, 2023
Xəbər sayı: 3494235
Almaniyanın mərkəzi Göttingen şəhərinin yerli hakimiyyət orqanları cümə axşamı şəhərdəki məscidə svastika (sınmış xaç) və digər neonasist simvolları olan təhdid məktubunun göndərildiyini elan edib.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, davam edən zorakılıq təhlükəsi Göttingen müsəlman icmasını narahat edib.

Göttingen Şəhər Məscidi Birliyinin rəhbəri Mehmet İbrahimbaş məktubun irqçi və islamafobik ifadələrdən ibarət olduğunu və neonasistlərin “NSU 2.0” ləqəbi ilə imzalandığını bildirib.

O deyib: "Göttingen müsəlmanları şiddətli təhdidlərin davam etməsindən narahatdırlar; Bu, son bir neçə ayda bu məscidə göndərilən ikinci təhdid məktubudur".

Ötən ilin sentyabrında naməlum şübhəlilər Türkiyəyə bağlı İslami qrup DİTİB-in idarə etdiyi həmin məscidin divarına da qırıq xaç çəkiblər.

NSU 2.0 immiqrantları hədəf alan bombalı hücumlar həyata keçirən neonasist terror qruplaşmasıdır.

4143506

captcha