IQNA

Uill Smitin İslamla bağlı açıqlaması gündəmə gəlib

5:05 - March 23, 2024
Xəbər sayı: 3495672
İQNA - Hollivud ulduzu Uill Smit qonaq olduğu podcast proqramında diqqəti çəkən açıqlama verib. Məşhur aktyor Ramazan ayında Qurani-Kərimi başdan sona oxuduğunu bildirib.

Misirli jurnalist Əmr Adeeb-in “Big Time Podcast” proqramının qonağı olan Smit bütün əsas müqəddəs kitabları oxuduğunu və onların hamısında oxşar hekayələrin qeyd olunmasına təəccübləndiyini bildirib.

Keçən ilin Ramazan ayında Quranı bütünlüklə oxuduğunu bildirən Smit, "Quranın izahı çox açıqdır, anlaşılmazlığa yer qoymur" dedi.

Qurani-Kərimə heyran olduğunu vurğulayan Smit, “Qurani-Kərimin ruhu o qədər gözəl və aydın idi ki, onun sadəliyini sevdim” dedi.

Yeni şəfəq

captcha