"İQNA", "Əl-Nəşrə" saytına istinadən xəbər verir ki, sionist rejim İranın Dəməşqdəki konsulluğunun binasını və İran səfirinin iqamətgahını raket hücumu ilə hədəfə alıb.
Əl-Aləm müxbiri də bu məzmunda xəbər verib: "Bu hücum İranın Şamdakı səfirinin iqamətgahı olan İran konsulluğuna qarşı həyata keçirilib".
Xəbərlərə görə, bu hücumda 6 nəfər şəhid olub, lakin xəbər mənbələrinin vurğuladığına görə, İranın Suriyadakı səfiri sağ-salamatdır.
Müvafiq olaraq, bu hücumda İranın Dəməşqdəki konsulluğunun binası tamamilə dağıdılıb və qarşısındakı avtomobillərə xeyli ziyan dəyib.
Suriyanın rəsmi xəbər agentliyi (SANA) da bu məzmunda xəbər verib: Sionist düşmən Dəməşqin “Əl-Mezzə” məhəlləsində İran konsulluğu binasını hədəfə alıb və bu konsulluq binası və yaxınlıqdakı binalara çoxlu ziyan vurub.
SANA müxbirinin verdiyi məlumata görə, Suriyanın Hava Hücumundan Müdafiəsi sionist düşmənin raketlərinin bir hissəsini məhv edib.
Bu, işğalçı rejimin son 24 saatdan az müddətdə Suriyaya ikinci hava hücumudur.
4207999