İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, həftənin ikinci günü, 17 Oktyabr 2017-ci il, Sudanın paytaxtı Xortum şəhərində 13. beynəlxalq kitab sərgisi öz işinə start verib və bu sərgi cari ayın 29-dək davam edəcəkdir.
Sərgidə dünyanın müxtəlif ölkələri, o cümlədən Misr və Səudiyyə Ərəbistanı öz nəşrlərini və çap əsərlərini təqdim edəcəklər.
Məlumatda deyilir ki, Sudanın paytaxtı Xortumda keçirilən 13. Beynəlxalq Kitab Sərgisində beş min nüsxə Qurani-Kərim hədiyyə olaraq camaata pulsuz paylanılacaq. Bu işə Səudiyyə Ərəbistanın sərgidəki nümayəndəliyi başçılıq edəcək.
Sərginin haşiyəsində cari həftənin cüməaxşamı günü "tərcümə zamanı İslami terminlərin məqsəd dilə ötürülməsi metodları" adlı seminar keçiriləcəkdir.
http://www.iqna.ir/fa/news/3653422