İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Küveytə şəhərinin Ələmdar xiyabında yerləşən "Behişti-Zeynəbiyyə" kompleksində illik DUA toplantısı öz işinə başlayıb.
Həcc mərasimi günləri və Zil-Hiccə ayının yaxınlaşması münasibəti ilə həftənin Cümə günü, 10 Avqust 2018-ci il, "Cövşən Səğir" (kiçik cövşən) duası ilə başlayan bu mərasim Küveytənin "Əbu Turab Mədəniyyət Təşkilatı"nın həmkarlığı ilə keçirilir.
İllik DUA mərasimi gələn həftənin Cümə günü, 17 Avqust 2018-ci il, eyni məkanda "Cövşən Kəbir" (böyük cövşən) və Avqust ayının 21-də (9 Zil-Hiccə) ƏRƏFƏ duasının oxunması ilə davam edəcəkdir.
İmam Hüseyn (ə) Məkkədə Həcc əməllərini yarıda qoyaraq Kərbəla istiqamətinə yola düşür. Məkkənin 20 km-liyində yerləşən Ərəfat səhrasında oxuduğu dua ƏRƏFƏ duası adı ilə məşhurlaşır. Dünya və axirət məsələlərini ehtiva edən bu uzun dua şiələrin Ərəfə günü mühüm əməllərindən biri hesab edilir. Bütün şiələr, o cümlədən Küveytə şiələri bu duanı hər ilə Ərəfə günü əsr namazından sonra cəm və fərdi şəkildə oxuyurlar.