İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "palestinechronicle" informasiya portalına istinadla verdiyi xəbərə görə, Yunanıstanın Beytul-Müqəddəsdəki Ortodoks kilsəsi bu ibadət ocağının daşınmaz əmlakının qəsəbə sakinləri olan sionist yəhudilərə satılmasına etiraz edib.
Yunanıstanın Beytul-Müqəddəsdəki Ortodoks kilsəsinin məsulları işğalçı İsrail rejiminin ali məhkəməsinin yekun qərarının əleyhinə gələn həftə ərizə hazırlayacaq.
Ərizədə açıqlanıb ki, Yunanıstanın Beytül-Müqəddəsdəki ortodoks kilsəsinin əmlakı rüşvət müqabilində satılıb və bu ticarət müqaviləsini imza edənlər satqın insanlar olub və imza etdikdən dəhral sonra qaçıblar.
Yunanıstanın Beytul-Müqəddəsdəki Ortodoks kilsəsinin sözçüsü İsa Müslih kilsənin yəhudilərə satılması barədə deyib: Bu kilsə saxta sənədlər əsasında satılıb.
Qeyd edək ki, bu kilsə 2004-cü ildə satıldıqdan sonra Fələstin xalqının qəzəblənməsinə səbəb olmuşdu və 2005-ci ildə kilsənin məsulu vəzifədən qovulmuşdu.