İQNA - Ayətullah Xamenei Allah evinin zəvvarlarına göndərdiyi mesajda İslam dünyasının Həcc dərslərinin tətbiqinə hər zamankindən daha çox ehtiyacı olduğunu bildirib. O, builki Həcc ziyarətinin sionist rejimin Qəzzədəki cinayətləri ilə eyni vaxta təsadüf edən ikinci Həcc mövsümü olduğuna diqqət çəkərək, bu bəşəri faciənin qarşısında kimin dayanması lazım olduğunu soruşdu və dedi: “Şübhəsiz ki, müsəlman ölkələrinin hökumətləri bu vəzifənin ilk ünvanıdır və hökumətlərin bu işdə hərəkətə keçməsini tələb edənlər də xalqlardır”.
16:09 , 2025 Jun 05