IQNA

Kazanda "əsmau Allah əl-hüsna" sərgisi işə başladı

23:28 - August 30, 2014
Xəbər sayı: 1444724
Beynəlxalq qrup: Tatarıstanın paytaxtı Kazan şəhərində "əsmau Allah əl-hüsna; Allah-Taalanın 99 gözəl adı" sərgisi öz işinə başladı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "islam.ru" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə Tatarıstanın paytaxtı Kazan şəhərində "əsmau Allah əl-hüsna; Allah-Taalanın 99 gözəl adı" sərgisi öz işinə başladı. Hal-hazırda Kazanın tarixi hissəsi sayılan "Kazan kremlin"ində keçirilməkdə davam edən bu sərgidə milad tarixi ilə 9-du əsrdən 19-cu əsrədək yadigar qalmış İslami incəsənət inciləri tamaşaya qoyulmuşdur.



Kazanda keçirilməkdə olan bu sərgidə Allah-Taalanın mübarək və gözəl adları sayı miqdarında, yəni 99 İslami incəsənət şah əsəri tamaşaçıların ixtiyarına verilmişdir.



Sərgidə sərgilənən incəsənət əsərləri İran, Suriya, İraq, Orta Asiya ölkələri, Kiçik Asiya və Şimali Afrika ölkələrindən Tatarıstana gətirilib.



Bu sərgidə İran, Ərəb və Türk incəsənətçilərinin şah əsərlərini də görmək mümkündür.



1444379       

Teqlər: iran ، Ərəb ، türk ، incəsənət ، əsmau ، allah ، qadın
captcha