IQNA

Ayətullah Məkarim "FİTRƏ" və "KƏFFARƏ" barədə açıqlama verdi

17:11 - July 05, 2016
Xəbər sayı: 3480598
Tehran, 05.07.2016 – Ayətullah Üzma Məkarim Şirazi həzrətləri bu ilin FİTRƏ zəkatı və Oruc tuta bilməyənlərin kəffarəsinin miqdarı barədə açıqlama verib.
























İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Ali Dini Elmi Hövzələr üzrə müxbirinin verdiyi xəbərə görə, Ayətullah Üzma Məkarim Şirazi həzrətləri bu ilin mübarək Ramazan ayı bayramı üçün FİTRƏ zəkatı və Oruc tuta bilməyənlərin kəffarəsinin miqdarı barədə açıqlama verib.

Ayətullah Üzma Məkarim Şirazi həzrətlərinin fətvasına görə, İran əhalisinin gündəlik əsas qidasının buğda olduğu və buğdanın müxtəlif şəhərlərdəki qiymət dəyişikliyinə görə, bu ilin Fitrə zəkatının miqdarı hər nəfər üçün 3 kq. buğda hesablanaraq aşağıdakı kimi olmalıdır:

Tehran əhalisi: 7 min tümən = 3.5 manat (təqribən).

Digər rayon və şəhərlər üçün: 6 min tümən = 2.5 manat (təqribən).

Hər nəfər üçün 3 kq. düyü hesabı ilə: 15 min tümən = 4 manat (təqribən).

Üzürlü səbəbdən Oruc tuta bilməyənlərin KƏFFARƏ miqdarı:

Hər gün üçün 2 min tümən = 0.80 manat (təqribən) – gündəlik qida (çörək, un) şəkilində fəqirlərə çatdırılmalıdır.

Qəsdən və üzürsüz səbəbdən orucunu pozanların kəffarəsi: Hər gün üçün 120 min tümən = 50 manat (təqribən)

Ayətullah Üzma Məkarim Şirazinin "Şəriət Məsələləri" kitabının 1492-ci məsələsinə görə, Fitrə vermək bayram gecəsi büluğ həddinə çatmış bütün müsəlmanlara vacibdir. Həmçinin Fitr gecəsi gün batmazdan öncə və təkcə bir gecəlik gəlmiş qonağın fitrəsi öz öhdəsinədir və evsahibi verməli deyil.  

Qeyd edək ki, Ayətullah Məkarimin bu açıqlamasına əsasən hər bir şəhər və rayon əhalisi Fitrənin qiymətini öz yelərinin əsas qidasının qiyməti ilə hesablamalıdırlar. Buna görə də Bakı kimi böyük şəhərlər ilə rayonlarda verilən Fitrə zəkatının məbləği fərqli ola bilər.   

http://iqna.ir/fa/news/3512861

captcha