IQNA

Müsəlman ailəyə karantində donuz əti verilib

10:26 - April 25, 2021
Xəbər sayı: 3489684
Böyük Britaniyada Pakistan əsilli müsəlman ailə icbari karantindəki dəhşətli şəraitdən danışıb. Belə ki, həmin ailə xaricə səfərindən geri dönərkən Britaniyada məcburi şəkildə karantindən keçib.

Böyük Britaniyada Pakistan əsilli müsəlman ailə icbari karantindəki dəhşətli şəraitdən danışıb. Belə ki, həmin ailə xaricə səfərindən geri dönərkən Britaniyada məcburi şəkildə karantindən keçib.

Müsəlman ailə icbari karantin üçün yerləşdirildiyi oteldə qalmaq üçün 5600 dollardan çox pul ödəyib, üstəlik karantin şəraiti dəhşətli olub – ailə üzvləri içməli suyun çatdırılmasını saatlarla gözləyirdilər, gətirilən yemək isə qeyri-məqbul olurdu – tərkibində donuz əti olan qidalar gətirilirdi.

Ailə üzvü Nahidə Xanın sözlərinə görə, bu cür hallara görə onlar və uşaqlar 10 gün əziyyət çəkiblər. Otel üçün böyük məbləğdə pul ödəyən ailəyə otaqda istifadə üçün cəmi 1 stul verilib.

Ailənin ədalətin bərpası üçün tutduğu vəkillər hesab edirlər ki, müsəlman ailə “qanun və əxlaqa zidd olan” məkana yerləşdirilib və qeyd edilib ki, hətta həbsxanalarda belə məhbusların dini baxışları üzrə qidalanmaq hüquqları var.

captcha