Az.shafaqna.com WHBL-a istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində qəribə məbəd inşa ediləcək.
“Vahid olanın evi” və ya “churmosquagogue” (“kilməsqoq” – kilsə, məscid, sinaqoq) adlanacaq məbəddə üç dinin – İslam, Xristianlıq və İudaizmin ibadətgahları yerləşdiriləcək.
Kompleks Şərqi Almaniyadakı komunist rejim tərəfindən dağıdılmış kilsənin yerində inşa ediləcək və onun tikintisinə 47 milyon avro sərf ediləcək.