IQNA

İŞİD müsəlmanlara qarşı irqçiliyin yaranmasının səbəbkarıdır

10:47 - February 05, 2022
Xəbər sayı: 3491684
Qahirə Kitab Sərgisində Misir Müsəlman Alimləri Şurasının icraçı direktoru, İŞİD-in mühacir müsəlmanlara qarşı irqçilik yaydığını vurğulayıb.

"İQNA", "Əxbarul-yəvm"-ə istinadən xəbər verir ki, Müsəlman Alimləri ŞurasıFevralın 3-də Qahirə Kitab Sərgisində terrorizm və islamofobiya mövzusunda toplantı keçirib.

Şuranın icraçı direktoru Səmir Budinar, iclasda islamafobiya və terrorizmin əhəmiyyətini vurğulayaraq deyib: "Avropa mühacir müsəlmanlardan qorxur. Buna səbəb bəzi gənclərin İŞİD terror qruplaşmasına qoşulmasıdır. İŞİD Avropada kafir cəmiyyətlərin olduğunu da iddia edir. Ona görə də bu düşüncə islah edilməlidir."

O əlavə edib ki, terrorçu İŞİD qruplaşması və bu qrupun düşüncələri mühacir müsəlmanlara qarşı irqçilik və təfriqənin yaranmasına səbəb olub. Çünki bu müsəlmanlar avropalı deyillər, amma bəzi Avropa ölkələrində yaşayırlar. Onlar irqçi düşüncədən əziyyət çəkirlər.

4033678

 

captcha