IQNA

"Məbəs və İlahi rəhmətin təcəllisi" adlı beynəlxalq vebinar keçiriləcək

20:02 - February 28, 2022
Xəbər sayı: 3491825
Vahid ümmət mərkəzinin strateji Araşdırmalar Mərkəzi əzəmətli Məbəs bayramı ərəfəsində "Peyğəmbərin besəti və İlahi rəhmətin təzahürü" adlı beynəlxalq vebinar keçirəcək.

"İQNA", "Xəbərlər 24"-ə istinadən xəbər verir ki, Bu beynəlxalq vebinar Vahid ümmət Mərkəzi Aşura Beynəlxalq Fondu, İslam məzhəblərinin Yaxınlaşdırılması üzrə Ümumdünya Assambleyası və İraq Üləma Dərnəyi ilə birgə İslam Peyğəmbərinin (s) besəti münasibəti ilə virtual olaraq "Zoom" platforması vasitəsilə təşkil olunacaq.

Bu vebinarda müxtəlif din xadimləri və mütəfəkkirləri, o cümlədən Beynəlxalq Aşura Fondunun rəhbəri Ayətullah Məhəmməd Həsən Əxtəri, Dünya İslam Dinlərinin Yaxınlaşması Assosiasiyasının baş katibi Höccətül-islam vəl-müslimin Həmid Şəhriyri, Vahid ümmət Mərkəzinin Strateji Araşdırmalar şöbəsinin rəhbəri Əs-Seyyid Fadi əl-Seyyid, Livandakı Dünya Müqavimət Alimləri Birliyinin prezidenti Şeyx Mahir Həmud və İraq Üləma Dərnəyinin sədri Şeyx Xalid əl-Molla və Yerusəlim arxiyepiskopu yepiskop Antonios və sair çıxış edəcək.

Bu vebinar 28 fevral bazar ertəsi, Qüds vaxtı ilə saat 19:30-da və Tehran vaxtı ilə 21:00-da keçiriləcək.

Bu proqramda iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə daxil ola bilərlər:

Topic: Fadi Sayed's Personal Meeting Room
Join Zoom Meeting
https://us02web.zoom.us/j/8722879538?pwd=aFdpcGRpMXIva0VKSnhJSDV۱SDhOUT09
Meeting ID:  8722879538
Passcode: 12345

4039086

captcha