İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya istinadla verdiyi məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 790 767 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 779 417 nəfər müalicə olunaraq sağalıb, 9 611 nəfər vəfat edib, aktiv xəstə sayı 1 739 nəfərdir.
Ölkədə son sutka ərzində 4 435, hazırkı dövrədək isə 6 632 882 test aparılıb.