"İQNA", Kəşmirdən xəbər verir ki, Seyyid Həsən əl-Musəvi əl-Səfəvi və Seyyid Məhəmməd Hadi əl-Musəvi əs-Səfəvinin rəhbərlik etdikləri Cammu və Kəşmir Şiə Dərnəyi və digər dini qurumlar İmam Əlinin (ə) şəhadətinin ildönümünü bölgədə qeyd ediblər.
Bu mərasimdə minlərlə insan Qurani-Kərimdən ayələr oxuyub, əzadarlıq edib. Həmçinin dərnəyin məddahları da mərsiyələr oxuyublar.
Bu dərnək tərəfindən Beminədə Ayətullah Yusif Hüseyniyyəsində daha bir mərasim keçirilib və minlərlə insan İmam Əliyə (ə) ehtiram göstəriblər.