"İQNA", "Guardian"-a istinadən xəbər verir ki, yüzlərlə insan müqəddəs Ramazan ayının sonunu qeyd etmək üçün Blackburn-a məxsus stadionu Ewwood Parkda toplaşıb.
Klubun yaydığı havadan görüntülərdə stadionun demək olar ki, yarısına səccadələrin döşəndiyi və din xadiminin moizə etdiyi görsənir.
Klubun Fitr bayramı münasibətilə yaydığı mesajda deyilir: "Blackburn Rovers-də hər kəsin bayramı mübarək olsun. Bu səhər Rovers ölkədə Fitr bayramı namazının öz stadionunda qılınmasına icazə verən ilk futbol klubu olub.
Birmingemdə 30 minə yaxın insan "Small Heath Park"da toplaşıb. Mançesterdəki Platt Fields Parkında 20 minə yaxın insan Fitr bayramı namazını qılıb.
4054621