IQNA

10 ölkədə Küveyt yay Quran dərnəkləri fəaliyyət göstərəcək

21:35 - May 29, 2022
Xəbər sayı: 3492312
Küveytdəki "Tərahum" Xeyriyyə və Humanitar Fəaliyyətlər Dərnəyi 10 ölkədə yay Quran hifzi və qiraəti üzrə fəaliyyətə başladığını elan edib.

"İQNA", "Əl-Ənba"-ya istinadən xəbər verir ki, "Tərahum" dərnəyinin icraçı direktoru Əbdül Həmid Əl-Dosari bununla bağlı deyib: "Bu layihə yeniyetmə və gəncləri Quran hifz etməyə və qiraət dərnəklərinə qoşulmağa həvəsləndirmək, onların istedadlarından və asudə vaxtlarından səmərəli istifadə etməyə sövq etmək məqsədi ilə həyata keçirilib.

Əl-Dosari əlavə edib ki, Uqanda, Benin, Somali, Qambiya, Sudan, Mavritaniya, Yəmən, Suriya, Hindistan və Banqladeş bu layihədən faydalanan ölkələr arasındadır.

O, sonda "Tərahum"  dərnəyinin icraçı direktoru dərnəyin bu cür mühüm plan və proqramlarını dəstəklədiklərinə görə xeyriyyəçilərə minnətdarlığını bildirib, Uca Allahdan onların saleh əməllərinin qəbul olmasını diləyib.

 4060446

captcha