IQNA

Küveytdə on qiraət əsasında ilk Quran çap olunub

17:57 - June 02, 2022
Xəbər sayı: 3492332
İslam dünyasında ilk dəfə olaraq Küveyt Quran Çapı və Nəbəvi Sünnəsi İdarəsi on qiraət əsasında Quran nəşr edib.

"İQNA", "Əl-Xəlic Onlayn"-a istinadən xəbər verir ki, Küveytdə on qiraət əsasındakı Quran versiyası, onun haşiyəsində Osmanlı qrafikası ilə 10 məşhur qiraət yazılmış Qurandır.

Küveytdəki Quran və Sünnə Çap İdarəsinin sözçüsü Mübarək əl-Həyyan deyib: "Bu mərkəz on qiraət əsasında ilk Quranı çap edib".

Qeyd  olunub ki, bu Quran gözəl və aydın rənglərlə, osmanlı yazısı ilə bütün düzgün oxunuşları qeyd edərək və bütün qiraət üsullarının izah edildiyi bir cədvəllə nəşr edilmişdir ki, qiraət edənlərin onu qiraət etməsi çox asandır.

Yeddi və ya on qiraət əslində Quranı oxumaq üsuludur. Amma bu Quranda fərqin olması demək deyil! Quran ayələrini oxumağın yeddi və ya 10 yolu deməkdir.

4060938

Teqlər: küveyt ، on qiraət ، qiraət ، quran ، çap
captcha