IQNA

Quranda valideynə hörmət etməyin əhəmiyyəti

20:10 - July 12, 2022
Xəbər sayı: 3492544
İnsan dünyaya göz açdığı andan valideynlərindən asılı və möhtacdır. İnsan dünyaya göz açdığı andan valideynlərindən asılı və möhtacdır. Baxmayaraq ki, yetkinlik dövründə bu asılılıq və ehtiyac azalır. Amma yaxşı olar ki, insan ata-ana sevgisi ilə doğulub böyüdüyünü heç vaxt unutmasın.

İlahi dinlərdə və mədəniyyətlərdə valideynlərə hörmətə təkid edilmişdir. Bir çox dinlərdə valideynlərə hörmət digər məsələlərdən üstün tutulur. İslamda bu məsələ xüsusi şəkildə qeyd olunub. Necə ki, Allah Qurani-Kərimdə ata-anaya yaxşılıq etməyi Allaha itaət və ibadətin kənarında qərar vermişdir. Necə ki, buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur" (İsra, 23).

Buradan belə başa düşülür ki, ata-ana hüququndan üstün olan yeganə haqq Allahın haqqıdır. Valideynlərin əmrlərinə tabe olmamaq ancaq onların əmrlərinin Allahın əmrlərinə zidd olduğu zaman mümkündür. Əks halda valideynlərə itaət vacibdir.

Qurani-Kərim bəzən peyğəmbərlərin və böyüklərin xüsusiyyətlərini vəsf edərkən valideynə ehtiram məsələsini aşkar və mühüm bir xüsusiyyət kimi gündəmə gətirir. Məsələn, "Məryəm" surəsinin 14-cü ayəsində Yəhya (ə) haqqında belə buyurulur: "Valideynlərinə qarşı xoşrəftar idi". İsa (ə) haqqında belə buyurur: "Allah məni anama qarşı mərhəmətli edib, zalım etməyib" (Məryəm/32).

İslam Peyğəmbərinin (s) risalətinin ilk illərində bir gün o, xalça sərib onun üstündə oturdu ki, Həlimənin əri (Peyğəmbərin dayəsi) onun yanına gəldi. Peyğəmbər (s) onun xeyirxahlığını xatırlayaraq ayağa qalxdı və ona çox hörmət etdi. O, xalçasının bir küncünü açdı ki, süd atasını onun üstündə otuzdursun. Çox çəkmədi ki, anası Həlimə gəldi. Həzrət xalçanın o biri küncünü onun üçün açıb, onu orada otuzdurdu. O, süd anasına çox məhəbbət göstərdi. İslam Peyğəmbəri (s) hətta süd ata-anasına qarşı da çox mehriban idi.

Quran və İslam Peyğəmbərinin (s) sünnəsindən belə başa düşülür ki, bütün insanlar valideynlərinin qarşısında açıq şəkildə təvazökar olmalıdırlar. Necə ki,"İsra surəsinin 24-cü ayəsində buyurulur: "Onların hər ikisini mərhəmət qanadının altına alın".

Həqiqətdə, ata-anaya xeyirxahlıq və təvazökarlıq mədəniyyətlərdə fərqli olsa da, bunlar hər yerdə mövcud olan bəşəri prinsiplərdir və bütün insanlar onlara riayət etməlidirlər.

captcha