IQNA

Küveytdə böyük Quran hifzi müsabiqəsinin final mərhələsi başlayıb

11:20 - October 31, 2022
Xəbər sayı: 3493174
Küveytin Vəqflər Nazirliyi böyük Quran hifzi yarışının final mərhələsinin bu ölkənin böyük Məscidində başladığını və iki həftə davam edəcəyini açıqlayıb.

"İQNA", "Ər-Rəy"-ə istinadən xəbər verir ki, oktyabrın 30-u bazar günü axşam Küveytin Vəqf Katibliyi “25 il lütf” şüarı ilə və Küveyt əmiri Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın səyləri ilə Küveytdə keçirilən 25-ci böyük Quran hifzi və qiraəti müsabiqəsinin final mərhələsini keçirdi.

Küveytin Ədliyyə Naziri və Vəqf və İslam İşləri Naziri Əbdüləziz Macid Əl Macid bu mərasimin açılış mərasimində deyib: "Bu dəfə də Allahın köməkliyi ilə milliyyətindən və yaşından asılı olmayaraq yeni bir qrup Küveytli uşaq Allahın kitabı ilə üns quraraq və həvəsləndirici rəqabət mühitində bir-biri ilə yarışır.

O, bildirib ki, ötən il 1939 kişi və qadın iştirakçı olubsa, bu il müsabiqədə 44 dövlət və ya qeyri-dövlət qurumundan 2190 kişi və qadın təmsilçi iştirak edir.

Macid qeyd edib ki, müsabiqə iştirakçılarının seçiminin final mərhələsinin fəaliyyətləri iki həftə ərzində Küveytin Böyük Məscidində keçiriləcək və hamı orada iştirak edə bilər.

4095791

captcha