IQNA

Azərbaycanda Ramazan bayramı günləri başladı

13:24 - April 21, 2023
Xəbər sayı: 3494056
Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna-ya istinadla xəbər verir ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Bayram namazı Əjdərbəy məscidində aprelin 21-i saat 08:00-da, Təzə Pir məscidində isə saat 09:00-da qılınıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Aprelin 22-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir.

captcha