IQNA

Ramazan ayının sonu ağılın həvəslər üzərində hökmranlığının zirvəsidir

16:36 - April 22, 2023
Xəbər sayı: 3494064
Mübarək Ramazan ayının sonu ağılın və doğru iradənin həvəslər üzərində hökmranlığının zirvəsidir və növbəti Ramazan ayına qədər bu doğru yolda qalmalıyıq.

"İQNA", xəbər verir ki, Elmi hövzədə dərs deyən livanlı vaiz, yazıçı və İslam alimi Seyyid Abbas Əl-Musəvi bildirib ki, insan mübarək Ramazan ayını elə başa vurmalıdır ki, ağılı hər şeyə hakim olsun.

O, qeyd edib ki, əgər insan ağlı qalib gələ bilsə, o zaman onun müdrik əzmi və iradəsi nəfs və şəhvətlərə hakim olar. Biz təkcə yeyib-içmək həvəsini nəzərdə tutmuruq, insan ağlı bütün ünsürlərə, günahlara doğru gedən qapılara və insanın əsir ola biləcəyi günahlara qalib gələr.

Odur ki, mübarək Ramazan ayının sonu ağıl və iradənin bütün istəklər üzərində hökmranlığının zirvəsidir. Biz demirik ki, insan öz həvəslərindən və nəfslərindən əl çəksin, çünki bunlar daimi insan ehtiyaclarıdır; Amma insan bu ayı elə başa vurmalıdır ki, ağlı hər şeyə hakim olsun. Həmçinin eyni şəkildə davam etsin və özünə söz versin ki, qarşıdan gələn Ramazan ayını qədər belə qalsın.

4135118

captcha