IQNA

Blackburn Stadionunda halal qida xeyriyyə festivalı keçiriləcək

21:45 - May 02, 2023
Xəbər sayı: 3494115
Britaniyadakı Blackburn Rovers stadionunda gələn həftə halal qida xeyriyyə festivalı keçiriləcək.

"İQNA", "Lancshire Telegraph"-a istinadən xəbər verir ki, bu yemək festivalı 7 may bazar günü saat 11:00-dan etibarən Ewood Parkdakı Jack Walker Stadiumunda keçiriləcək.

Bu tədbir məşhur aşpaz Hasina Bangi və Bangar Street Community Center tərəfindən maliyyələşdirilir və bilet satışlarının 100%-i xeyriyyəçiliyə bağışlanacaq.

Bu pulun yarısı Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə, digər yarısı isə ehtiyacı olan yerli ailələrə ərzaq kuponu almaq üçün istifadə olunacaq.

Halal qida festivalı ilə yanaşı, Blackburn Rovers futbol komandası tərəfindən uşaqlar üçün proqramlar hazırlanıb.

4138058

captcha