IQNA

İsveçin Malmö şəhərində “Qurani-Kərim” yandırılıb

21:38 - September 03, 2023
Xəbər sayı: 3494696
STOCKHOLM (IQNA) - İsveçin Malmö şəhərində “Qurani-Kərim”in yandırılması ilə bağlı aksiya keçirilib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Xarici KİV-ə istinadla verdiyi məlumata əsasən, aksiya təşkilatçısı yenə iraqlı immiqrant Salvan Momika olub.

Qeyd olunub ki, ona mane olmağa çalışan şəxs polis tərəfindən saxlanılıb.

“SVT”nin məlumatına əsasən, aksiyada 200-ə yaxın insan iştirak edib. Tədbirdə atmosfer gərgin olub. O da qeyd olunub ki, polis aksiyada daha bir neçə nəfəri saxlayıb.

captcha