IQNA

Borrel: İsrail ona aid olmayan torpaqları işğal edib

19:17 - December 09, 2023
Xəbər sayı: 3495106
IQNA - İsrail beynəlxalq hüquqa görə ona aid olmayan torpaqları zəbt edib, dünyaya sülh iddiası irəli sürə bilməz.

Bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel deyib.

O bildirib ki, gələn bazar ertəsi keçiriləcək Aİ-nin Xarici Əlaqələr Şurasında üzv dövlətlərə fələstinlilərə zorakılıq edənlərə qarşı tədbir görməyi tövsiyə edəcəkdir.

Aİ rəsmisi eyni zamanda qeyd edib ki, Avropa İsrailə qarşı səsini ucaltmalıdır: “Ümid edirəm ki, Qəzzə zolağında fələstinlilərə qarşı zorakılığın dayandırılması üçün tədbirlər görəcəyik. 30 il əvvəl Oslo sazişinin imzalanmasına baxmayaraq, İsrail beynəlxalq hüquqa məhəl qoymadan işğalını 4 dəfə artırıb”, - deyə Borrel vurğulyıb.

captcha