IQNA

BMT-nin baş katibi müsəlmanlara qarşı zorakılığa son qoymağa çağırıb

11:04 - January 30, 2024
Xəbər sayı: 3495388
İQNA - Birləşmiş Millətlər Təşkilatının Baş katibi müsəlmanlara və digər azlıqlara qarşı nifrət və zorakılıqla mübarizə aparmağa çağırır

"İQNA", Omanın rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreş başqalarının fikir ayrılıqlarına görə alçaldılmasının hər kəs üçün təhlükə olduğunu, bir qrupa qarşı fanat baxışın hər kəsə qarşı davranış kimi qiymətləndiriləcəyini bildirib.

  O, həmçinin irqçilik və təəssübkeşliyi bütün dəyərlərin pozulması hesab edib.

“Son aylarda bütün dünyada müsəlmanlara qarşı qərəzli hərəkətlər artıb” - deyə BMT-nin baş katibi bu təşkilatın hər cür irqçilik və fanatizmlə mübarizədə qərarlı olduğunu vurğuladı.

Quterreş müsəlmanlara qarşı nifrətin yayılması və azlıqlara qarşı zorakılıq da daxil olmaqla, hər cür ayrı-seçkilik, qərəz və dini dözümsüzlüyün pislənməsinin vacibliyini vurğulayıb.

O, həmçinin qeyd edib ki, ayrı-seçkilik, bölücülük yaradan, nifrət sözlərini yayan qüvvələrə qarşı hər kəs mübarizə aparmalıdır.

   4196481

captcha